[71.4] (Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla tə’xirə salınmaz. Kaş biləydiniz!”
[71.7] Sənin onları bağışlamağın üçün mən nə zaman onları (imana) də’vət etdimsə, onlar (də’vətimi eşitməsinlər deyə) barmaqlarını qularlarına tıxadılar, (məni görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular və təkəbbür göstərdilər.