The Muslims Internet Directory
əl-Qiyamə (Qiyamət) surəsi
Home ↓
Directory ↓
Quran ↓
Hadith ↓
Virtual Library ↓
Discover Islam ↓
Gallery ↓
Webmasters ↓
Dictionary ↓
Downloads ↓
Kids/Games ↓
Login/Register ↓
Quran Tools
Quran Books
Quran Translations
Search
Downloads
Index
More Links
Muslims Internet Directory
The Quran
The Hadith
2Muslims.com
The Internet
Our Network
Islamic Library
Help/FAQ
Help?
2Muslims Services
Feature Your Site
Submit Your Site
Islamic IE Toolbar
Interactive Games
Free Guestbook
Islamic Internet Gadgets
Islamic Quizzes
Islamic CGI Scripts
Zakat Calculator
Send a Postcard
Islamic Date Converter
DAWA Tools
FAQ About Islam
Hijab
Why do muslim females wear Hijab (Head cover)?
Faith
Culture
Fear
Other
Results
Other Polls
Home
:
Quran Translations
:
Azerbaijani
: Azerbaijani Translation: əl-Qiyamə (Qiyamət) surəsi
--Select language--
Albanian
Arabic
Azerbaijani
Bengali
Bosnian
Brazilian
Burmese
Dutch
English_Abdullah_Yusuufali
English_Hasan_Qaribullah
English_Muhammad_Pickthall
Farsi
Finish
French
German
Hausa
Hindi
Hindi
Indonesian
Italian
Japanese
Korean
Latin
Malaysian
Melayu
Meranao
Mexican
Pashto
Persian
Poland
Portuguese
Russian
Spanish
Swahili
Tamil
Thai
Transliteration
Turkish
Urdu
Advance search options
[75.1] And içirəm qiyamət gününə;
[75.2] And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)
[75.3] Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!
[75.4] Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!
[75.5] Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.
[75.6] Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar.
[75.7] Göz (heyrətdən) bərələcəyi;
[75.8] Ay tutulacağı;
[75.9] Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman -
[75.10] Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir.
[75.11] Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!
[75.12] O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!
[75.13] O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir!
[75.14] Doğrusu, insan özü-özünə şahiddir!
[75.15] O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!
[75.16] (Ya Peyğəmbər! Cəbrail sənə Qur’an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur’anı təkrar etmə, yalnız dinlə!)
[75.17] Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.
[75.18] Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.
[75.19] Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!
[75.20] Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.
[75.21] Axirəti isə tərk edirsiniz.
[75.22] O gün neçə-neçə üzlər sevinib güləcək,
[75.23] Öz Rəbbinə baxacaqdır!
[75.24] O gün neçə-neçə üzlər tutulub qaralacaq,
[75.25] (Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!
[75.26] Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,
[75.27] “(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi,
[75.28] (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,
[75.29] Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,
[75.30] Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!
[75.31] Beləliklə, o (kafir Əbu Cəhl) nə (Qur’anı) təsdiq etdi, nə də namaz qıldı.
[75.32] Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi.
[75.33] Sonra da özünü darta-darta ailəsinin yanına getdi.
[75.34] Vay sənin halına, vay!
[75.35] Yenə də vay sənin halına, vay!
[75.36] Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!
[75.37] Məgər o tökülən bir qətrə nütfə deyildimi?!
[75.38] Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).
[75.39] Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı.
[75.40] Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!
Bookmark Us
-
Set as Home
-
Terms Of Use
Other Sites
:
Know The Prophet campaign
-
Discover Islam
-
Links SQL Plugins
Copyright 2003-2013
Islamic Education & Services Institute
: Murfreesboro, TN