The Muslims Internet Directory
əl-Mursəlat (Bir-birinin ardınca göndərilənlər) surəsi
Home ↓
Directory ↓
Quran ↓
Hadith ↓
Virtual Library ↓
Discover Islam ↓
Gallery ↓
Webmasters ↓
Dictionary ↓
Downloads ↓
Kids/Games ↓
Login/Register ↓
Quran Tools
Quran Books
Quran Translations
Search
Downloads
Index
More Links
Muslims Internet Directory
The Quran
The Hadith
2Muslims.com
The Internet
Our Network
Islamic Library
Help/FAQ
Help?
2Muslims Services
Feature Your Site
Submit Your Site
Islamic IE Toolbar
Interactive Games
Free Guestbook
Islamic Internet Gadgets
Islamic Quizzes
Islamic CGI Scripts
Zakat Calculator
Send a Postcard
Islamic Date Converter
DAWA Tools
FAQ About Islam
Hijab
Why do muslim females wear Hijab (Head cover)?
Faith
Culture
Fear
Other
Results
Other Polls
Home
:
Quran Translations
:
Azerbaijani
: Azerbaijani Translation: əl-Mursəlat (Bir-birinin ardınca göndərilənlər) surəsi
--Select language--
Albanian
Arabic
Azerbaijani
Bengali
Bosnian
Brazilian
Burmese
Dutch
English_Abdullah_Yusuufali
English_Hasan_Qaribullah
English_Muhammad_Pickthall
Farsi
Finish
French
German
Hausa
Hindi
Hindi
Indonesian
Italian
Japanese
Korean
Latin
Malaysian
Melayu
Meranao
Mexican
Pashto
Persian
Poland
Portuguese
Russian
Spanish
Swahili
Tamil
Thai
Transliteration
Turkish
Urdu
Advance search options
[77.1] And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);
[77.2] And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);
[77.3] And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;
[77.4] And olsun (haqla batili) ayıranlara;
[77.5] And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
[77.6] (Mö’minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,
[77.7] Sizə və’d edilən (qiyamət) mütləq vaqe olacaqdır!
[77.8] Ulduzlar sönəcəyi;
[77.9] Göy yarılacağı;
[77.10] Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);
[77.11] Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,
[77.12] (Belə soruşulacaqdır: ) “(Bunlara) hansı günə qədər möhlət verilmişdir?”
[77.13] (Həmin suala cavab olaraq deyiləcəkdir: ) “(Haqla batili) ayırd ediləcəyi günə qədər!”
[77.14] Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!
[77.15] O gün vay halına (qiyaməti) yalan sayanların!
[77.16] Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!
[77.17] Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
[77.18] Biz günahkarlarla belə rəftar edirik.
[77.19] O gün vay halına (qiyaməti) yalan sayanların!
[77.20] Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!
[77.21] Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,
[77.22] Müəyyən bir vaxta qədər.
[77.23] Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!
[77.24] O gün vay halına (qiyaməti) yalan sayanların!
[77.25] Məgər Biz yeri məskən etmədikmi
[77.26] Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).
[77.27] Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
[77.28] O gün vay halına (bu ne’mətləri) yalan sayanların!
[77.29] (O gün kafirlərə belə deyiləcəkdir: ) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!
[77.30] Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!”
[77.31] O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.
[77.32] O (hər biri) bir saray boyda qığılcımlar saçar.
[77.33] O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.
[77.34] O gün vay halına (qiyaməti) yalan sayanların!
[77.35] Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.
[77.36] Onlara üzr istəməyə izin də verilməz.
[77.37] O gün vay halına (qiyaməti) yalan sayanların!
[77.38] Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!
[77.39] (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!
[77.40] O gün vay halına (qiyaməti) yalan sayanların!
[77.41] Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,
[77.42] İstədikləri meyvə içində olacaqlar!
[77.43] (Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için!
[77.44] Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
[77.45] O gün vay halına (qiyaməti) yalan sayanların!
[77.46] (Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)
[77.47] O gün vay halına (qiyaməti) yalan sayanların!
[77.48] Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar!
[77.49] O gün vay halına (qiyaməti) yalan sayanların!
[77.50] (Bu kafirlər) ona da (Qur’ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!
Bookmark Us
-
Set as Home
-
Terms Of Use
Other Sites
:
Know The Prophet campaign
-
Discover Islam
-
Links SQL Plugins
Copyright 2003-2013
Islamic Education & Services Institute
: Murfreesboro, TN