The Muslims Internet Directory
ən-Nəbə’ (Böyük xəbər) surəsi
Home ↓
Directory ↓
Quran ↓
Hadith ↓
Virtual Library ↓
Discover Islam ↓
Gallery ↓
Webmasters ↓
Dictionary ↓
Downloads ↓
Kids/Games ↓
Login/Register ↓
Quran Tools
Quran Books
Quran Translations
Search
Downloads
Index
More Links
Muslims Internet Directory
The Quran
The Hadith
2Muslims.com
The Internet
Our Network
Islamic Library
Help/FAQ
Help?
2Muslims Services
Feature Your Site
Submit Your Site
Islamic IE Toolbar
Interactive Games
Free Guestbook
Islamic Internet Gadgets
Islamic Quizzes
Islamic CGI Scripts
Zakat Calculator
Send a Postcard
Islamic Date Converter
DAWA Tools
FAQ About Islam
Hijab
Why do muslim females wear Hijab (Head cover)?
Faith
Culture
Fear
Other
Results
Other Polls
Home
:
Quran Translations
:
Azerbaijani
: Azerbaijani Translation: ən-Nəbə’ (Böyük xəbər) surəsi
--Select language--
Albanian
Arabic
Azerbaijani
Bengali
Bosnian
Brazilian
Burmese
Dutch
English_Abdullah_Yusuufali
English_Hasan_Qaribullah
English_Muhammad_Pickthall
Farsi
Finish
French
German
Hausa
Hindi
Hindi
Indonesian
Italian
Japanese
Korean
Latin
Malaysian
Melayu
Meranao
Mexican
Pashto
Persian
Poland
Portuguese
Russian
Spanish
Swahili
Tamil
Thai
Transliteration
Turkish
Urdu
Advance search options
[78.1] (Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar?
[78.2] Böyük bir xəbər (qiyamət günü) haqqında!
[78.3] Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.
[78.4] Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
[78.5] Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
[78.6] Məgər Biz yeri döşək etmədikmi?!
[78.7] Dağları da dirək?!
[78.8] Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
[78.9] Yuxunuzu da istirahət etdik.
[78.10] Biz gecəni (hər şeyi bürüyən) örtük etdik.
[78.11] Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.
[78.12] Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.
[78.13] Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq.
[78.14] (Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,
[78.15] Onunla dən və bitki yetişdirək,
[78.16] Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar.
[78.17] Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır!
[78.18] Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz.
[78.19] (O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır.
[78.20] Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.
[78.21] Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur!
[78.22] O, azğınların məskənidir.
[78.23] Onlar orada sonsuz müddət qalacaqlar.
[78.24] Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;
[78.25] Qaynar sudan və irindən başqa!-
[78.26] (Dünyadakı əmələrinə) uyğun cəza olaraq.
[78.27] Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular).
[78.28] Ayələrimizi də elə hey təkzib edirdilər.
[78.29] Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik).
[78.30] İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
[78.31] Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət),
[78.32] Bağçalar və üzüm bağları,
[78.33] Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.
[78.34] (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!
[78.35] Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.
[78.36] (Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -
[78.37] Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!
[78.38] Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!
[78.39] Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar!
[78.40] Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir.
Bookmark Us
-
Set as Home
-
Terms Of Use
Other Sites
:
Know The Prophet campaign
-
Discover Islam
-
Links SQL Plugins
Copyright 2003-2013
Islamic Education & Services Institute
: Murfreesboro, TN