The Muslims Internet Directory
əl-Mutəffifin (Çəkidə və ölçüdə aldadanlar) surəsi
Home ↓
Directory ↓
Quran ↓
Hadith ↓
Virtual Library ↓
Discover Islam ↓
Gallery ↓
Webmasters ↓
Dictionary ↓
Downloads ↓
Kids/Games ↓
Login/Register ↓
Quran Tools
Quran Books
Quran Translations
Search
Downloads
Index
More Links
Muslims Internet Directory
The Quran
The Hadith
2Muslims.com
The Internet
Our Network
Islamic Library
Help/FAQ
Help?
2Muslims Services
Feature Your Site
Submit Your Site
Islamic IE Toolbar
Interactive Games
Free Guestbook
Islamic Internet Gadgets
Islamic Quizzes
Islamic CGI Scripts
Zakat Calculator
Send a Postcard
Islamic Date Converter
DAWA Tools
FAQ About Islam
Hijab
Why do muslim females wear Hijab (Head cover)?
Faith
Culture
Fear
Other
Results
Other Polls
Home
:
Quran Translations
:
Azerbaijani
: Azerbaijani Translation: əl-Mutəffifin (Çəkidə və ölçüdə aldadanlar) surəsi
--Select language--
Albanian
Arabic
Azerbaijani
Bengali
Bosnian
Brazilian
Burmese
Dutch
English_Abdullah_Yusuufali
English_Hasan_Qaribullah
English_Muhammad_Pickthall
Farsi
Finish
French
German
Hausa
Hindi
Hindi
Indonesian
Italian
Japanese
Korean
Latin
Malaysian
Melayu
Meranao
Mexican
Pashto
Persian
Poland
Portuguese
Russian
Spanish
Swahili
Tamil
Thai
Transliteration
Turkish
Urdu
Advance search options
[83.1] Vay halına çəkidə və ölçüdə aldadanların!
[83.2] O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,
[83.3] Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.
[83.4] Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!
[83.5] Özü də dəhşətli bir gündə?!
[83.6] O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!
[83.7] Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!
[83.8] Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)
[83.9] O, yazılı bir kitabdır!
[83.10] O gün vay halına yalan sayanların!
[83.11] O kəslər ki, haqq-hesab gününü yalan sayarlar.
[83.12] Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.
[83.13] Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)” – deyər.
[83.14] Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.
[83.15] Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!
[83.16] Sonra Cəhənnəmə varid qalacaqlar.
[83.17] Sonra da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir.
[83.18] Xeyr! (Mö’minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö’minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!
[83.19] Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!
[83.20] O, yazılı bir kitabdır.
[83.21] Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!
[83.22] Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö’minlər Nəim cənnətlərində olacaqlar.
[83.23] Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne’mətlərə) tamaşa edəcəklər.
[83.24] Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!
[83.25] Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.
[83.26] Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!
[83.27] Ona təsnim (suyu) qatılmışdır.
[83.28] O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər).
[83.29] Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.
[83.30] (Mö’minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.
[83.31] Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.
[83.32] Onlar (mö’minləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər.
[83.33] Halbuki onlara (mö’minlərə) nəzarətçi göndərilməmişdir.
[83.34] Bu gün isə mö’minlər kafirlərə güləcəklər.
[83.35] Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər).
[83.36] Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)
Bookmark Us
-
Set as Home
-
Terms Of Use
Other Sites
:
Know The Prophet campaign
-
Discover Islam
-
Links SQL Plugins
Copyright 2003-2013
Islamic Education & Services Institute
: Murfreesboro, TN